Accessibility links

Qubad İbadoğlu: BTQ-nin cazibədarlığını artırmaq üçün tarif məsələsinə baxılmalıdır


Qubad İbadoğlu
Qubad İbadoğlu

Yük dövriyyəsi azalır, daşımalarda avtomobil nəqliyyatının payı artır, Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin əhəmiyyəti aşağı düşür. Bu barədə iqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində məqalə dərc edib.

Məqalədə deyilir: Dövlət Statistika Komitəsinin məlumatına görə, 2018-ci ilin yanvar-mart aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 12765,2 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 faiz azdır. Yüklərin 62,3 faizi avtomobil nəqliyyatı, 23,0 faizi dəmir yolu nəqliyyatı, 14,7 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Bakı Tbilisi Qars
Bakı Tbilisi Qars

Ötən ilin eyni dövründə isə bu dəhlizdə daşınan yüklərin 59,0 faizi avtomobil nəqliyyatı, 27,7 faizi dəmir yolu nəqliyyatı, 13,3 faizi dəniz nəqliyyatının payına düşürdü.

Göründüyü kimi, ötən il oktyabrın 30-dan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu açılsa da onun yükdaşımaların həcminə təsiri hələ müşahidə olunmur. Əksinə 1 milyard 88 milyon manata başa gələn bu layihə işə salınandan bəri yükdaşımaların həcmi həm Azərbaycanda, həm də Gürcüstanda durmadan azalır. Bununla yanaşı mövcud daşımalarda getdikcə avtomobil nəqliyyatına üstünlük verilməsi də bu layihənin əhəmiyyətini aşağı salır. Bu isə layihənin xərcini geri qaytarmaq dövrünü daha da uzadır. Odur ki, BTQ-nin cazibədarlığını artırmaq üçüt tarif və sürət məsələrinə diqqət artırılmalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG