Accessibility links

ABŞ-ın Xarici Özəl İnvestisiya Korporasiyası Azərbaycanla əlaqələri dərinləşdirmək istəyir


ABŞ-ın Xarici Özəl İnvestisiya Korporasiyası Azərbaycanda danışıq aparır
ABŞ-ın Xarici Özəl İnvestisiya Korporasiyası Azərbaycanda danışıq aparır

ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti David Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəhbərləri ilə görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi məlumat yayıb.

Səfərin məqsədi ABŞ-ın regiona investisiyalarını təşviq etmək, tərəfdaşlığı gücləndirmək, iqtisadi artım və sabitliyə aparan işgüzar əlaqələri dərinləşdirmək üçün imkanlar tapmaqdır.

"OPIC, təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır", vitse-prezident Bohigian deyib.

"Azərbaycan və regionda ABŞ-ın daha böyük investisiyaları üçün cəlbedici imkanlar mövcuddur, bu investisiyalar özəl sektoru gücləndirərək daha yaxşı həyat və icmalar qurmağa kömək edir. Şəffaflığın, davamlılığın, keyfiyyətin, yerli icma və ətraf mühitə hörməti təşviq edən investisiyalara sadiq qalmaqla Azərbaycan öz xalqı üçün müsbət bir yola sadiqdir. Azərbaycan hökuməti bu yolla hərəkət etdikcə və hər iki ölkənin iqtisadiyyatına və xalqına fayda verəcək gələcək ABŞ investisiyaları üçün şərait yaratdıca biz Azərbaycan hökuməti ilə işləməyi həvəslə gözləyirik", o qeyd edib.

ABŞ nümayəndə heyəti iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov, “AzPromo” İnvestisiyaların Təşviqi Fondunun Direktoru Fuad Cəfərov və İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi Administrasiyasının rəhbəri Şamil Suleymanlı ilə görüşüb. Heyət ayrıca Amerika biznes liderləri ilə də görüş keçirib.

OPIC indiyədək Azərbaycana 11 milyon dollar sərmayə qoyub. 2013-cü ildə OPIC kənd və şəhər ərazilərində kreditlər verməsi üçün TuranBank-ın Kiçik və Orta Sahibkarlıq portfelinin genişləndirilməsinə 7, 5 milyon dollar həcmində kredit verib. Həmin kreditlərin çoxu fermerlər və kənd təsərrüfatı üçün faydalı olub.

Xarici Özəl İnvestisiya Korporasiyası (OPIC) Amerika şirkətlərinin inkişaf etməkdə olan bazarlara investisiya qoymasına kömək edən ABŞ-ın özünü idarə edən hökumət agentliyidir. 1971-ci ildə yaranmış OPIC sahibkarlığa birbaşa xarici investisiyalarla əlaqəli riskləri idarə etmək, inkişaf edən bazarları olan ölkələrdə iqtisadi inkişafı sürətləndirmək, ABŞ xarici siyasətini və milli təhlükəsizlik prioritetlərini inkişaf etdirmək üçün vasitələr təqdim edir. OPIC ABŞ-ın bizneslərinə inkişafda olan bazarlarda yer almasına və yeni gəlirlərin əldə olunmasına yardım edir, ölkədə və xaricdə gəlirlər, iş yerləri və inkişaf imkanlarını stimullaşdırır. OPIC investorların maliyyələşdirilməsini və siyasi risklərin sığortlanmasını təmin edərək, həmçinin özəl səhm investisiya fondları ilə tərəfdaşliq edərək öz missiyasını yerinə yetirir.

OPİC-in xidmətləri dünyanın 160-dan çox dövlətinə sərmayə yatızdırmaq istəyən yeni və inkişafda olan bizneslər üçün mövcuddur.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG