Accessibility links

ABŞ-da xidmət sektorunda artım müşahidə olunub


İyul ayı ABŞ iqtisadiyyatının inkişaf sürətində artım müşahidə edilib.

Biznes qruplarından birinin məlumatına görə, xidmət sektorunda inkişaf iqtisadçıların təxmin etdiyindən daha artıq olub.

Xidmət sektoru pərakəndə satiş, inşaat, səhiyyə, maliyyə və digər xidmətləri əhatə edir.

Təchizat İdarəçiliyi İnstitutu xidmət sektorunda dörd faiz artım göstərərək, bunu 56 bal kimi dəyərləndirib.

50 baldan yüksək qiymətləndirmə inkişaf hesab edilir.
XS
SM
MD
LG