Accessibility links

Azərbaycan Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırıb


“Azərbaycanda 280-ə yaxın Gürcüstan, bu ölkədə isə 200-dən çox Azərbaycan şirkəti qeydiyyatdan keçib. Gürcüstan tərəfindən Azərbaycan iqtisadiyyatına 72 mln. dollar, Azərbaycan tərəfindən isə Gürcüstan iqtisadiyyatına 3,4 mlrd. dollar investisiya yatırılıb. Gürcüstana yatırılan investisiyaların həcminə görə Azərbaycan bir neçə ildir ki, birinci yerdədir”. Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Qaxarian ilə görüşündə deyib.

Nazirin sözlərinə görə, indiyədək iki ölkə arasında 50-yə yaxını iqtisadi sahədə olmaqla 100-dən çox sənəd imzalanıb.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən enerji, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin gedişi, tranzit daşımalarının artırılması və bu sahədə vahid tariflərin tətbiqi, kənd təsərrüfatı, ticarət, investisiya, İKT və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Tərəflər həmçinin, Azərbaycan və Gürcüstanın tranzit imkanlarının Çində birgə təqdimatının keçirilməsi, üçüncü ölkələrə birgə ixrac, ticarətin genişləndirilməsi, kənd təsərrüfatı, İKT, turizm sahələrində əlaqələrin inkişafı, Azərbaycan peyklərinin imkanlarından istifadə edilməsi, üçtərəfli formatda Azərbaycan-Gürcüstan-İran birgə forumunun Gəncədə təşkili məsələləri ilə bağlı fikir mübadiləsi aparıb. Məlumatı Azərbaycan İqtisadiyyat Nazirliyi yayıb.

XS
SM
MD
LG