Accessibility links

Azərbaycan və Avropa İttifaqı yeni saziş layihəsi üzrə danışıqların növbəti mərhələsini keçirib


Avropa İttifaqı və Azərbaycanın bayraqları
Avropa İttifaqı və Azərbaycanın bayraqları

Brüssel şəhərində Azərbaycan ilə Avropa İttifaqı arasında yeni ikitərəfli Saziş layihəsinin ticarət, sərmayə, enerji ticarəti məsələləri hissəsi üzrə danışıqların növbəti mərhələsi keçirilib. Müzakirələrdə Energetika Nazirliyini Hüquqi münasibətlər şöbəsinin böyük məsləhətçisi Aygün Əliyeva təmsil edib.

Azərbaycan Energetika Nazirliyinin mətbaut xidmətinin məlumatına görə, tədbirdə Saziş layihəsinin “Ticarət və davamlı inkişaf”, “Enerji və xammal”, “Əmtəə ticarət” və “Ticarətdə texniki maneələr” fəsilləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

“Layihənin “Enerji və xammal” bölümünün ilk dəfə olaraq təqdimatı keçirilib. Təqdimatda yer alan enerji xammal və məhsullarının ixrac qiymətləri, tranziti, Azərbaycanın enerji infrastrukturuna üçüncü tərəflərin cəlbi, “Müstəqil Tənzimləyici Orqan”ın yaradılması məsələləri ilə bağlı qurumun irəli sürdüyü müddəalar nəzərdən keçirilib. Azərbaycanın enerji bazarının öyrənilməsinin zəruriliyi vurğulanıb. Azərbaycan tərəfi layihənin daxili müzakirələr əsnasında dəyərləndirilməsinin vacibliyini və konkret mövqenin bundan sonra bildiriləcəyini diqqətə çatdırıb”, məlumatda qeyd edilir.

Müzakirələrin davamı kimi cari ilin oktyabr ayında tərəflər arasında video-konfransın keçirilməsi planlaşdırılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG