Accessibility links

ABŞ İranla nüvə proqramı ilə bağlı danışıqlara hazır olduğunu bildirib


ABŞ cümə axşamı Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədi ilə hər iki ölkənin Vaşinqtonun təxminən üç il əvvəl tərk etdiyi 2015-ci il razılaşmasına qayıtması barədə İranla danışıqlara hazır olduğunu bildirib.

Bu addım ABŞ rəhbərliyindəki dəyişikliyi əks etdirir. Belə ki, ABŞ dövlət katibi Entoni Blinken prezident Co Baydenin rəsmi olaraq bilinən Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) Tehranın razılaşmaya tam əməl etdiyi təqdirdə qayıdacağını bildirib.

İran Blinkenin Britaniya, Fransa və Almaniyadan ibarət E-3 kimi tanınan qrupunun xarici işlər nazirləri ilə video konfransı zamanı irəli sürdüyü bu fikrə soyuq reaksiya verib.

"İran Birgə Hərtərəfli Fəaliyyət Planına uyğun olaraq, öhdəliklərinə ciddi şəkildə əməl edərsə, ABŞ da eyni addımı atar və İranla müzakirələrə hazır olar" - deyə, dörd ölkənin ortaq açıqlamasında bildirilib.

İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif
İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif

İran müqavilədəki öhdəliklərini ABŞ-ın keçmiş Prezidenti Donald Trampın razılaşmadan geri çəkilməsindən və ABŞ-ın bu ölkəyə qarşı iqtisadi sanksiyalarını bərpa etməsindən təxminən bir il sonra, 2019-cu ildə pozmağa başlayıb və son aylar bunu daha da sürətləndirib.

Bir ABŞ rəsmisi Reuters xəbər agentliyinə Vaşinqtonun Avropa İttifaqının ilkin razılaşmaya imza atan Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və Birləşmiş Ştatların İranla danışıqlarla bağlı hər hansı dəvətinə müsbət cavab verəcəyini bildirib.

Dörd ölkənin bəyanatına cavab olaraq İranın Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif ilk addımı Vaşinqtonun atmalı olduğunu deyib.

"Yanlış məlumatlar yaymaq və məsuliyyəti İranın üzərinə qoymaqdansa, E3 və Avropa İttifaqı öz öhdəliklərinə əməl etməli və Trampın İrana qarşı başlatdığı #İqtisadiTerrora son qoyulmasını tələb etməlidir. Nəticədən qorxursunuzsa, səbəbi aradan qaldırın," Zərif Twitter-də bildirib.

Zərif əvvəllər Vaşinqton və digər tərəflərlə razılaşmaya yenidən qayıtmaq barədə danışıqlara hazır olduğunu bildirmişdi.

XS
SM
MD
LG