Accessibility links

Qasım Süleymaninin dəfn mərasimində basırıq zamanı azı 56 nəfər ölüb


İranın dövlət mediasının bildirdiyinə görə, çərşənbə axşamı İranın yüksək rütbəli hərbi komandiri Qasım Süleymaninin dəfn mərasimində basırıq zamanı azı 56 nəfər ölüb, 200-dən çox insan yaralanıb.

Bu həftə Tehran, Qum və Əhvazda keçirilən mərasimlərdən sonra on minlərlə insan Süleymaninin dəfn ediləcəyi doğma Kirman şəhərində toplaşıb. Dövlət mediasında basırıq səbəbindən dəfn mərasiminin təxirə salındığı haqda məlumatlar verilib.

Keçən həftə Süleymaninin ABŞ-ın hava hücumu zamanı öldürülməsindən sonra Birləşmiş Ştatlar və İranın bir-birini təhdid etməsi daha geniş bir qarşıdurma ilə bağlı qorxuların artmasına səbəb olub.

Çərşənbə axşamı İran İnqilab Keşikçilərinin lideri Hüseyin Salaminin Bağdad hava limanı yaxınlığında həyata keçirilən hava hücumuna görə Birləşmiş Ştatlardan qisas alınacağı barədə açıqlamaları son təhdidlərə əlavə edildi.

Birləşmiş Ştatlar rəsmiləri Süleymanini İraqdakı Amerika əsgərlərinin İranın dəstəklədiyi qüvvələr tərəfindən öldürülməsində əli olmaqda və təhdidlərin mahiyyətini açıqlamayaraq, onu bölgədəki ABŞ personalına qarşı "qaçılmaz" yeni hücumlar hazırlamaqda ittiham edib.

Birləşmiş Ştatlarla İran arasında gərginliyin artmasına görə, ABŞ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifə BMT-nin yığıncağında iştirak etmək məqsədilə Nyu Yorka gəlməsi üçün viza veməkdən imtina edib.

Şərhlərə bax

XS
SM
MD
LG