Accessibility links

İranın nüfuzlu din xadimi Ayətulla Abbas Əli Süleymanini qətlə yetirən şəxs edam edilib


Ayətulla Abbas Əli Süleymani
Ayətulla Abbas Əli Süleymani

İranın məhkəmə sistemi nüfuzlu din xadimi və Ekspertlər Məclisinin üzvü Ayətulla Abbas Əli Süleymaninin aprel ayında qətlə yetirilməsində məsul olan şəxsin edam edildiyini təsdiqləyib.

Ədliyyə sistemi ilə əlaqəli olan Mizan xəbər agentliyi Ali Məhkəmənin İslamın cəza formalarından biri olan "Qisas" hökmünü təsdiq etməsindən sonra edamın dekabrın 13-də Süleymaninin ailəsinin iştirakı ilə Babol həbsxanasında həyata keçirildiyini bildirib.

Qərar gərginliyin artdığı və silahlı hücumun motivi ilə bağlı sosial mediada geniş yayılmış fərziyyələr fonunda verilib.

İran mediasında ilkin məlumatlara görə, Süleymani Babolsar şəhərində bir bank mühafizəçisi tərəfindən öldürülüb və bunun motivi ilə bağlı müxtəlif rəvayətlərə səbəb olub. Tehran bələdiyyəsinə bağlı "Həmşəhri" qəzetinin verdiyi xəbərdə səbəb kimi işlə bağlı mübahisə göstərilir, hücum edən şəxs Süleymanini başqası ilə səhv salır.

Sosial mediada yayımlanan başqa bir versiyaya görə, Süleymani külli miqdarda nağd pul çıxarmaq üçün Babolsardakı Bank Melli-yə gedib, lakin bankda onun istədiyi məbləğin olmadığını öyrənib. Orada mübahisəyə başlayan Süleymanini bankın təhlükəsizlik şöbəsinin işçisi, pul çatışmazlığı üzündən qəzəbli olan keçmiş hüquq-mühafizə orqanının sabiq əməkdaşının güllələdiyi bildirilib.

Hadisənin bankın içindən olan görüntülərində bank mühafizəçisinin sakitcə oturub gözləyən Süleymaniyə arxadan yaxınlaşaraq onu güllələdiyini görmək olub. Bankdakı insanlar müqavimət göstərməyən hücumçunu dərhal saxlayıb. Onun adı açıqlanmayıb.

Bəzi analitiklərin dediyinə görə, Süleymaninin qətli "Qadın, Həyat, Azadlıq" adlı geniş etirazlar fonunda baş verən dərindən parçalanmış cəmiyyətin üzləşdiyi daha geniş gərginliyi və problemləri əks etdirir.

İran Statistika Mərkəzi tərəfindən hesablanmış və sentyabr ayında açıqlanan İranın Kasıblıq İndeksi indiyədək ən yüksək nöqtəyə yüksəlib və 6 il əvvəllə müqayisədə iki dəfə artıb.

Forum

XS
SM
MD
LG