Accessibility links

İran son 6 ayda ABŞ təyyarələrinə iki dəfə xəbərdarlıq edib


İranın ərəb dilində proqramlar yayımlayan Əl-Ələm tele kanalının verdiyi məlumata görə, ölkənin hərbi hava müdafiə bazasından son 6 ayda İranın hava hövzəsinə yaxınlaşan ABŞ kəşfiyyat təyyarələrinə iki dəfə xəbərdarlıq göndərilib.

Əl-Ələm tele kanalı İranın hərbi hava müdafiə qüvvələrinin başçısı, briqada generalı Fərzad İsmailiyə istinadən xəbər verib ki, İran martın 21-də U2 kəşfiyyat təyyarəsinə xəbərdar edib. General hadisənin baş verdiyi yerin detallarını qeyd etməyib.

O həminin bildirib ki, hərbi hava müdafiə qüvvələri avqustun 26-da ABŞ dronuna xəbərdarlıq edib.

General İsmaili deyib: “Biz belə quduz təyyarələrin bizim ərazimizə daxil olmasına icazə vermirik və lazım gəlsə, onları məhv etməkdən çəkinməyəcəyik.”

İran ölkənin hərbi qüvvələrinin qabiliyyətini nümayiş etdirmək məqsədilə əvvəllər də bu kimi hadisələrin baş verdiyini qeyd edib.

XS
SM
MD
LG