Accessibility links

İran prezidenti Zimbabveyə səfər edib


Prezident Robert Muqabe İran liderini Demokratik Dəyişikliklər Hərəkatı ilə yaradılmış birlik hökumətində tərəfdaşları ilə məsləhətləşmədən Zimbabvedə beynəlxalq ticarət sərgisinə dəvət edib

Iran prezidenti Mahmud Əhmədinejad Zimbabveyə səfər edib.

Prezident Robert Muqabe İran liderini Demokratik Dəyişikliklər Hərəkatı ilə yaradılmış birlik hökumətində tərəfdaşları ilə məsləhətləşmədən Zimbabvedə beynəlxalq ticarət sərgisinə dəvət edib.

Demokratik Dəyişikliklər Hərəkatının bu gün açıqladığı bəyanatda cənab Əhmədinejad müharibəyə təhrik edən və insan hüquqlarına hörmət etməyən lider kimi qınanır. Burada deyilir ki, İran liderinin səfəri Zimbabvedə demokratiyanın bərpası prosesi getdiyi zaman ölkə haqda səhv mesaj göndərmiş olur.

İran və Zimbabve prezidentləri hər ikisi qərbin kəskin tənqidçiləridir.

XS
SM
MD
LG