Accessibility links

ABŞ Senatı İranla razılıqların nəzərdən keçirilməsinə dair qanun layihəsini təsdiq edib


ABŞ Senatı Konqresə İranın nüvə proqramının məhdudlaşdırılmasına dair razılıqların nəzərdən keçirməsi və ya rədd etməsi haqqı verən qanun layihəsini təsdiq edib.

98 lehinə, 1 əleyhinə səslə qəbul edilən sənəd təsdiqi üçün gələn həftə Nümayəndələr Palatasına göndərilməlidir.

ABŞ prezidenti Barak Obama əvvəlcə qanun layihəsinin əleyhinə çıxış etsə də, daha sonra Konqresin təsdiqini əldə edən sənədə imza atacağını bildirib.

İranla razılığın təsdiq və ya rədd edilməsi üçün Konresə 30 gün vaxt veriləcək.

İran dünyanın 6 qüdrətli ölkəsi-Rusiya, Çin, Almaniya, Fransa, Britaniya və ABŞ-la müzakirələrin yekun mərhələsindədir.

XS
SM
MD
LG