Accessibility links

Əli Vəkili Rad Tehranda qəhrəman kimi qarşılanlıb


Əli Vəkili Rad İranda şah dövrü sonuncu baş nazir olmuş Şahpur Bəxtiyarı qətlə yetirdiyinə görə Fransada ömürlük həbs cəzasına məhkum edilmiş və dünən azad edilmişdir

İranda şah dövrü sonuncu baş nazir olmuş Şahpur Bəxtiyarı qətlə yetirdiyinə görə Fransada ömürlük həbs cəzası alıb dünən azad edilmiş Əli Vəkili Rad bu gün Tehranda qəhrəman kimi qarşılanıb. Tehran hava limanında Vəkili Radı ailə üzvləri və İranın xarici işlər nazirinin müavini qarşılayıblar.

Fransa rəsmiləri onu 16 il həbsdə olduqdan sonra dünən azad ediblər. Vəkili Rad jurnalistlərə özünü azad insan hiss etdiyini və cənnətdə olduğunu deyib. Fransa məhkəməsi Əli Vəkili Radı 1994-cü ildə Şahpur Bəxtiyarı qətlə yetirməkdə ittiham edərək onu ömürlük həbs cəzasına məhkum etmişdi.

XS
SM
MD
LG