İran prezidentinin yardımçısı yanvarın 3-də dörd il əvvəl ABŞ-ın hava zərbəsi nəticəsində öldürülən keçmiş iranlı komandirin xatirəsinin anım mərasimləri zamanı azı 84 nəfərin ölümü ilə nəticələnən partlayışlarda İsrail və ABŞ-ı günahlandırıb. ABŞ partlayışlarda əli olduğu və İsraildən şübhələnmək üçün heç bir səbəb olmadığını bildirib.
İsrailin Qəzza zolağında ABŞ və Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanıdığı HƏMAS-la müharibəsi və İranla müttəfiq olan Yəməndəki Huti üsyançılarının Qırmızı dənizdə ticarət gəmilərinə hücumlarını davam etdirməsi regionda münaqişənin genişlənməsi qorxusunu gücləndirib.
İranın dövlət İRNA xəbər agentliyi yanvarın 4-də Milli Fövqəladə Tibbi Yardım Təşkilatının rəhbəri Cəfər Miyadfərə istinadən bildirdiyinə görə, ölkənin cənub-şərqindəki Kerman şəhərində baş verən partlayışlardan sonrakı aparılan araşdırmalar ölənlərin sayı 95-dən 84-ə, yaralıların sayının isə 284-ə düşüb .
İran hakimiyyəti yanvarın 4-ü partlayışların qurbanları üçün matəm günü elan edib.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandiri İran mediasında yanvarın 4-də Kirmanda atışma baş verməsi ilə bağlı beynəlxalq xəbər agentliklərinin yaydığı xəbərləri təkzib edib.
Partlayışlar İran İnqilabı Keşikçiləri Korpusunun elit Qüds Qüvvələrinin keçmiş komandiri Qasım Süleymaninin ölümünün ildönümünü qeyd edən yas mərasimləri zamanı baş verib.
Partlayışların məsuliyyətini heç bir qrup öz üzərinə götürməyib.
ABŞ partlayışların arxasında İsrail və ya Vaşinqtonun olması ilə bağlı iddiaları rədd edib.
"Birləşmiş Ştatlar heç bir şəkildə iştirak etməyib və bunun əksini göstərən hər bir iddia gülüncdür. Bizim İsrailin bu partlayışlarda əli olduğuna inanmamız üçün heç bir əsasımız yoxdur" - deyə, Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib.
Lakin İran prezidenti İbrahim Rəisinin siyasi məsələlər üzrə müşaviri Məhəmməd Cəmşidi daha sonra deyib ki, faciəyə görə ABŞ və İsrail “məsuliyyət” daşıyır.
Cəmşidi keçmiş Twitter hesabında "Vaşinqton deyir ki, İranın Kirman şəhərində baş verən terror aktında ABŞ və İsrailin heç bir rolu yoxdur. Doğrudanmı? Tülkü ilk növbədə öz yuvasını iyləyir" yazıb.
"Səhv etməyin. Bu cinayətə görə məsuliyyət ABŞ və sionist rejimlərin (İsrail) üzərinə düşür və terrorizm sadəcə bir vasitədir" - deyə, o əlavə edib.
Cəmşidi iddiası ilə bağlı heç bir dəlil gətirməyib.
Forum