Accessibility links

İran BMT-yə yazılı müracət edib


İran BMT-yə yazılı müracət edərək, quruma təyin etdiyi səfirin Amerika tərəfindən viza ilə təmin edilməməsinə dair xüsusi yığıncaq keçirməyə çağırıb.

ABŞ rəsmiləri Həmid Əbutalebinin seçilməsinə etiraz edir. Belə ki, o, 1979-cu ildə ABŞ-ın Tehrandakı səfirliyinin ələ keçirilməsində əli olduğunda günahlandırılır. O zaman Amerikanın 52 diplomatı 444 gün girov saxlanmışdı.

İranın BMT-dəki missiyasının məktubunda deyilir ki, qərar diplomatiyaya neqativ təsir göstərir və təhlükəli presedentlərə yol açır.

Reuters BMT səfiri Nikolas Emilioya istinadən bildirib ki, yığıncaq gələn həftə keçirilə bilər.

İran BMT-yə səfir təyin edilən şəxsi əvəz etmək niyyətində olmadığını bəyan edib.
Əbutalebi İranın Belçika, Avropa İttifaqı, İtaliya və Avstraliyadakı səfiri vəzifələrində çalışıb. O, İmam xəttinin tərəfdarları tələbələrə yalnız tərcümə və müzakirələrdə yardım etdiyini iddia edir.

Girov böhranından sonra ABŞ-la İran arasında diplomatik əlaqələr kəsilib.
XS
SM
MD
LG