Accessibility links

Con Kerri İrana qarşı yeni sanksiyaların tətbiq edilməməsinə çağıracaq


ABŞ dövlət katibi Con Kerri İranın nüvə proqramına dair beynəlxalq danışıqların davam etdirildiyi müddətdə qanunvericiləri İrana qarşı yeni sanksiyalar tətbiq etməməyə çağıracağını deyib.

Dövlət Departamentinin sözçüsü Cen Psaki deyib ki, Kerri Senat komitəsinə hazırkı anda yeni sanksiyaların tətbiqinin yanlış addım ola biləcəyini deyəcək.

İran razılığın bir hissəsi kimi sanksiyaların yüngülləşdirilməsini istəyir. Lakini ABŞ qanunvericilərinin bəziləri əksinə, İrana qarşı daha ciddi sanksiyaların tətbiqinə çalışır.

İranla ABŞ, Britaniya, Fransa, Çin, Rusiya və Almaniyanın daxil olduğu qərb qüdrətlərindən ibarət qrupun rəsmiləri hələlik heç bir razılığın əldə edilməsinə baxmayaraq, son dəyirmi masa danışıqlarına dair nikbinlik nümayiş etdirib. Müzakirələr gələn həftə davam edəcək.

Bu arada, İran rəsmiləri BMT-nin nüvə agentliyi ilə ayrıca əldə edilmiş razılığa əsasən bir neçə həftə ərzində BMT müfəttişlərinin İranın yeni ağır su nüvə reaktoruna daxil olmasına icazə verilə biləcəyini deyib.

İran nüvə proqramının dinc mahiyyət daşıdığını iddia edir.
XS
SM
MD
LG