Accessibility links

İran Mərkəzi Kəşfiyyat Agentliyinə casusluqda ittiham olunan şəxsi edam edib


İranın Ədliyyə Nazirliyindən çərşənbə axşamı verilən məlumata görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə məlumat satmaqda ittiham olunan Müdafiə Nazirliyinin keçmiş işçisi edam edilib

Nazirliyin sözçüsü Rza Əsgərinin İranın raket proqramı haqqında məlumatı Mərkəzi Kəşfiyyat Agentliyinə satdığına görə keçən həftə edam edildiyini bildirib. İran Əsgərinin məxfi məlumatı Müdafiə Nazirliyində işlədiyi son bir neçə ildə satdığını və 2016-cı ildə təqaüdə çıxdığını bildirib.

İran keçən ay casus olduğunu iddia etdiyi daha bir nəfəri edam edib. Rəsmilərin dediyinə görə, Cəlal Hacızəvar məhkəmədə casusluq etdiyi üçün Mərkəzi Kəşfiyyat Agentliyinin ona pul ödədiyini etiraf edib.

Ədliyyə Nazirliyi Müdafiə Nazirliyində işləyən Hacızəvarın evindən casus avadanlığının müsadirə edildiyini və onun həyat yoldaşının da casusluqda iştirak etdiyinə üçün 15 il həbs cəzasına məhkum edildiyini bildirib.

Ədliyyə Nazirliyi ABŞ və İsrailə casusluq etməkdə ittiham edilən Mahmud Musəvi-Məcdinin də edam edilməli olanlar arasında olduğunu bildirib.

İran keçən il Mərkəzi Kəşfiyyat Agentliyi üçün işlədiyi iddia edilən 17 casusun həbs edildiyini bildirib.

XS
SM
MD
LG