Accessibility links

İranda polis etirazçılarla toqquşdu


Abadan sakinləri su qıtlığına etiraz edir

İranın dövlət mediasının bildirdiyinə görə, bazar günü ölkənin cənub-qərb bölgəsində axşam saatlarında su qıtlığına və havanın çirklənməsinə etiraz edən insanlar və polis arasında qarşıdurma olub.

İRNA xəbər agentliyi Abadan şəhərindəki etirazçıların polisə daş və digər əşyalar atdığını, polisin vəziyyəti nəzarət altında saxladığını bildirib.

Rəsmilər 10-u polis zabiti və biri mülki vətəndaş olmaqla, 11 nəfərin yaralandığını bildirir.

Hadisədən bir gün əvvəl Xurrəmşəhr şəhərində də su çatışmazlığına eyni etirazlar zamanı toqquşmalarda bir neçə nəfər yaralanıb.

İnternetdə yaılmış video görüntülərdə nümayişçilərin təhlükəsizlik qüvvələrini daşa basdıqları, televiziada isə pəncərələri sınmış binalar nümayiş etdirilib. Bəzi videolarda güllə səslərini də eşitmək mümkün olub.

Polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Daxili işlər naziri Əbdülrza Rəhmani Fəzli Xurrəmşəhrdəki qarşıdurmalar zamanı ölənlərin olmadığını deyib. Daxili işlər nazirinin müavini Hüseyn Zülfüqari 10-u polis işçisi və biri mülki vətəndaş olmaqla, 11 nəfərin yaralandığını bildirib.

XS
SM
MD
LG