İranın sonuncu şahının xaricdə yaşayan oğlu, vəliəhd şahzadə Rza Pəhləvi cümə günü Vaşinqtonda israilli amerikalı fəallar qarşısında çıxış edərək onları onun İranın İslamçı hökmətini devirmək kampaniyasına dəstək vermək üçün hərəkətə keçməyə çağırıb.
Pəhləvi İsrail-Amerika Şurasının milli sammitindəki çıxışından qısa müddət sonra Amerikanın Səsinə müsahibəsində İslam Respublikasına qarşı "maksimum təzyiq" və İran xalqına "maksimum dəstək" anlayışları ilə bağlı səsləndirdiyi fikirlər barədə sualı cavablandırıb. O, dəstəyin İranda “vətəndaş itaətsizliyi hərəkatılarını” alovlandırmağı ehtiva etdiyini və onları "maliyyələşdirməyin" vacib olduğunu deyib.
Amerikanın Səsinin cümə günü məqaləni dərc etməsinin ardınca Pəhləvinin israillilərin nə etməli olduqları sualının cavabında İranda vətəndaş itaətsizliyi hərəkatlarının maliyyələşdirməli olduğunu vurğulamasına onun İran diasporasındakı bəzi tərəfdarları X sosial media platformasında öz şübhələrini ifadə ediblər.
Tərəfdarlar Pəhləvinin israilliləri İrandakı müxalifiyyətə maliyyə dəstəyi verməyə çağırdığına inanmadıqlarını bildiriblər. Əksinə, onlar onun müxalifəti diasporadakı iranlıların maliyyələşdirməli olduqlarını nəzərdə tutduğuna inandıqlarını deyib.
Şənbə günü Amerikanın Səsinə göndərilən açıqlamada Rza Pəhləvinin köməkçisi deyib ki, ABŞ-da yaşayan vəliəhdin İranda etirazlar və işçi tətilləri kimi vətəndaş itaətsizliyi hərəkatlarının maliyyələşdirilməsi ilə bağlı dedikləri Amerikanın Səsinin ilkin məqaləsində yanlış interpretasiya olunub.
"Vəliəhd şahzadə uzun müddətdir ki, əmək tətili fondunun yaradılmasının güclü tərəfdarı olub və onun İran xalqının azadlıq mübarizəsində səlahiyyətlərinin artırılmasında əhəmiyyətini vurğulayıb. O, belə bir fondun İranın dondurulmuş aktivlərindən istifadə etməklə maliyyələşdirilə biləcəyinə inanır və bu pulların haqlı olaraq rejimə deyil, İran xalqına məxsus olduğunu iddia edir," vəliəhdin köməkçisi bildirib.
Pəhləvi bu çıxışını Vaşinqtonda israilli amerikalı-fəalların, onların yəhudi amerikalı müttəfiqlərinin və digər İsrail tərəfdarlarının illik toplantısında edib.
Pəhləvinin 1979-cu ildə atasını hakimiyyətdən saldıqdan sonra İranı idarə edən radikal din xadimlərini devirmək üçün israilliləri iranlılarla işləməyə çağırdığı çıxışı tamaşaçıların ayaq üstə alqışları ilə qarşılanıb.
Bu nitq onun 2023-cü ilin aprelindı İsrailə səfərindən bəri israillilərlə ən yüksək profilli təması idi. Belə ki, Pəhləvi yəhudi dövlətinə ictimai səfər edən ən mötəbər iranlı müxalifət lideridir.
Forum