Accessibility links

İran istiqamətləndirici sistemə malik raketi sınaqdan keçirib


İran yeni istiqamətləndirmə sistemi ilə yüklənmiş qısa mənzilli raketi uğurla sınaqdan keçirdiyini xəbər verir. Tehran bu sistemin gələcəkdə istehsal edəcəyi bütün raketlərə qoyulacağını elan edib.

Müdafiə naziri Əhməd Vahidi bildrib ki, yeni sistem həm quruda, həm də dənizdə hədəfləri vurmağa qadirdir.O, əlavə edib ki, Fateh-110 raketinin hədəf radiusu 300 kilometrdir. Bu, isə o deməkdir ki, İran raketdən yalnız qonşularına qarşı istifadə edə bilər.

Ötən ayın əvvəlində İran mediası uğurla Şahab-3 raketinin sınaqdan keçirildiyini xəbər vermişdi. Bu raketin hədəf radiusu 1300 kilometrdir.
XS
SM
MD
LG