Accessibility links

MAQATE rəhbəri: İranın nüvə proqramı iddiasını və potensialı artırır


Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi

BMT-nin Nüvə Nəzarəti Agentliyinin rəhbəri çərşənbə axşamı deyib ki, İranın nüvə proqramı “iddiasını və potensialı artırır” və agentliyin bu proqramın bütün aspektlərini yoxlamaq üçün tam çıxışa ehtiyacı var.

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Tehranın hazırkı nüvə proqramının böyük dövlətlərlə razılaşmanın əldə edildiyi 2015-ci ildəki proqramından çox fərqli olduğunu bildirib. Onun sözlərinə görə, İran da daxil olmaqla, hamı bunu qəbul bilir.

“Onlar [iranlılar] deyirlər ki, onlar inkişaf və heyrətamiz irəliləyişlər əldə edirlər və proqram çox, çox sürətlə hərəkət edir. Həm də bu hərəkət yalnız irəliyə deyil, həm də yana tərəflərə doğrudur” - Qrossi, BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi konfransı zamanı jurnalistlərə deyib.

“Proqram iddiasını və potensialı artırır. Bu o demək deyil ki, biz bunu yoxlaya bilmərik” - deyə, Qrossi əlavə edib.

Onun sözlərinə görə, iranlıların indi daha çox obyektləri və yeni texnologiyaları var. Qrossi Tehranın uranın zənginləşdirilməsində istifadə olunan yeni sentrifuqa kaskadları hazırlaması barədə də ona məlumat verildiyini bildirib.

“Müfəttişlərimiz səfərbər olunub və bu baş verəndə onlar bunu araşdıracaqlar. Onların hamısı deyil, sadəcə bir hissəsi hazırlanıb” deyib Qrossi.

Keçən ay ABŞ-ın İran üzrə xüsusi elçisi Robert Malli deyib ki, Tehranda bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş uranı var və o, bunu bir neçə həftə ərzində edə bilər.

2015-ci ildə Britaniya, Çin, Fransa, ABŞ və Almaniya İranla Birgə Hərtərəfli Fəaliyyət Planı və ya MAQATE kimi tanınan saziş imzalayıb. Razılaşmaya əsasən İran nüvə proqramı ilə bağlı məhdudiyyətlər müqabilində sanksiyalardan azad edilib. Tehran dəfələrlə nüvə bombası hazırlamağa çalışdığını təkzib edərək, texnologiyadan yalnız mülki məqsədlər üçün istifadə etdiyini bildirib.

2018-ci ildə, Tramp administrasiyası dövründə ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planından çıxıb və İrana qarşı sanksiyaları yenidən tətbiq edib. 2019-cu ildə Tehran yenidən nüvə proqramını inkişaf etdirməyə və uranı icazə verilən həddən artıq zənginləşdirməyə başlayıb.

XS
SM
MD
LG