Accessibility links

İraqda İran generalının öldürülməsinin ildönümü qeyd edilib


Minlərlə iraqlı İran generalının ABŞ tərəfindən sui-qəsdinin birinci ildönümünü qeyd etmək üçün Bağdadın mərkəzi Təhrir meydanına toplaşıb.

Keçən il ABŞ-ın Bağdad hava limanı yaxınlığında həyata keçirilən dron hücumunda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (IRGC) elit Qüds Qüvvələrinin komandiri, general-mayor Qasım Suleymani İraqın Haşd əş-Şaabi dəstəsinin rəhbər müavini Əbu Mehdi Əl-Mühəndislə birlikdə öldürülüb.

Nümayişçilərin əksəriyyəti əllərində Süleymani və Əl-Mühəndisin şəkillərini tutub. Bəziləri isə ABŞ əsgərlərinin İraqdan çıxarılmasını tələb edib.

Minlərlə insan ABŞ-ın hücumunda ölən digər səkkiz nəfərin şərəfinə Bağdad hava limanına aparan magistral yolda yürüş keçirib.

ABŞ-ın pilotsuz təyyarəsinin hücum yeri qırmızı lentlərlə bağlanıb, ortada Süleymani və Əl-Mühəndisin şəkilləri qoyulub, şamlar yandırılıb.

Bu hadisə ABŞ və İran arasındakı hərbi qarşıdurma qorxusunu artırmışdı.

Vaşinqton ilə Tehran arasında gərginlik ABŞ prezidenti Donald Trampın 2018-ci ildə İranın nüvə sazişindən çıxması və sərt iqtisadi sanksiyalar tətbiq etməsindən sonra dərinləşmişdi.

Süleymaninin öldürülməsi zamanı Tramp Twitter-də iranlı generalın "uzun müddətdir minlərlə amerikalıları öldürən, ağır yaralayan və daha çoxunu öldürməyi planlaşdırdığını" yazmışdı.

İran qətlə cavab olaraq İraqda ABŞ əsgərlərinə ev sahibliyi edən bazalara raket hücumu həyata keçirmişdi.

Yanvarın 2-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Trampı İsrailin iddiası ilə İraqdakı ABŞ qüvvələrinə qarşı hücumlar ediləcəyinə dair müharibə provokasiyası planı ilə "tələyə düşməməyə" çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG