Accessibility links

İran dövlət televiziyasının amerikalı aparıcısı azad edilib


On gündür Birləşmiş Ştatlar həbsxanasında şahid qismində saxlanan İranın dövlət televiziyasının Amerikada anadan olmuş məşhur aparıcısı azad edilib.

Tehranda “Press TV network”un ingilis dili şöbəsində işləyən 59 yaşlı Mərziyə Haşeminin vəkili aparıcının Vaşinqton şəhərinin həbsxanasından çərşənbə günü axşam azad edildiyini bildirib.

Mərziyə Haşemiyə qarşı hansı cinayət işi irəli sürüldüyü məlum deyil. Azad edilməzdən əvvəl jurnalisti dəstəkləyən bir qrup insan Vaşinqton şəhərinin Federal Məhkəməsi qarşısında etiraz aksiyası keçirib.

Əsl adı Melani Franklin olan Press TV-nin aparıcısı Nyu-Orleansda dünyaya gəlib. Mərziyə Haşeminin Birləşmiş Ştatlara “xəstə qardaşını və digər qohumlarını görməyə” gəldiyi bildirilmişdi.

XS
SM
MD
LG