Accessibility links

Mətbuat azadlıqları təşkilatı İran jurnalistlərinə oxunan hökmü tənqid edib


Jurnalistlərin Müdafiə Komitəsinin Yaxış Şərq və Şimali Afrika Proqramı koordinatoru Şərif Mənsur.

Mətbuat azadlıqları təşkilatı İran məhkəməsinin yeddi jurnalistlə oxuduğu hökmü “sərt cəza” adlandıraraq, tənqid edib.

Jurnalistlərin Müdafiə Komitəsi (CPJ) cümə günü bildirib ki, jurnalistlər fevral ayında Qonobadi Dərviş dini etiqadının üzvlərinin etirazını işıqlandırdıqları üçün bu yay həbs olunublar.

Nyu Yorkda yerləşən təşkilat İran məhkəmələrinin iyul və avqust aylarında Maczuban Nur xəbər vebsəhifəsinin ən azı altı jurnalistə hökm oxuduğunu bildirib. Bu xəbər vebsəhifə Qonabadi Dərviş azlığı ilə bağlı xəbərlərə yer ayırır. Hökm oxunanlar arasında daha bir jurnalist dövlətin nəzarətində olan Ensaf xəbər portalında çalışır. Jurnalistləri 7 ildən 26 ilə qədər həbs müddəti gözləyir.

Türkiyədə yerləşən Maczuban Nur xəbər saytının redaktoru Amerikanın Səsinə bildirib ki, onların altı jurnalistinə ümumilikdə 71 il həbs cəzası tətbiq edilib.

Fevral ayında etirazlara cəlb olunmuş Dərviş icması həbs edilən üzvlərinin azadlığa buraxılması və 90 yaşlı liderləri Nur Ali Tabadehin evinin ətrafında quraşdırılmış nəzarət məntəqələrinin sökülməsi tələbi ilə çıxış edirdilər.

İran məhkəmələri jurnalistləri rejimə qarşı propaqandada ittiham edib.

Jurnalistlərin Müdafiə Komitəsinin Yaxış Şərq və Şimali Afrika Proqramı koordinatoru Şərif Mənsur bildirir ki, “bu dəhşətli hökm İran rəsmilərinin jurnalistlərə qarşı münasibətinin açıq nümunəsidir və prezident Həsən Ruhaninin islahatlarla bağlı verdiyi sözü kölgə altına salır.”

XS
SM
MD
LG