Accessibility links

İran kibernetika məkanındakı mövcudluğunu artırmaqdadır


İran şəxsi məlumatları oğurlamaqla kibernetika məkanındakı mövcudluğunu artırmaqdadır. Bu məlumatlar casuslara aparıcı siyasi və biznes liderlərinin monitorinqi imkanı bəxş edir.

İran casusları şəbəkəyə daxil olduqdan sonra özəl məlumatları əldə etməklə, yüksək səlahiyyətli insanları hədəf alır

Kibernetika təhlükəsizliyi şirkəti FireEye illik hesabatında bildirib ki, APT-39 adı ilə tanınan qrup telekommunikasiya şirkətləri və səyahət agentliklərindən şəxsi məlumatlar əldə edir. İranın milli maraqlarına uyğun olaraq bu qrup Yaxın Şərq və digər bölgələrdə hədəfləri vura bilər.

“APT-39-un şəxsi məlumatları oğurlaması digər iranlı qruplardan fərqlənir və qrupun fəaliyyəti İranın qlobal müstəvidə əməliyyat dairəsinin genişlənməsinin potesialını göstərir”- deyə, hesabatda bildirilir.

FireEye-ın baş təhliçisi Kristina Kittnerin dediyinə görə, İran casusları şəbəkəyə daxil olduqdan sonra özəl məlumatları əldə etməklə, yüksək səlahiyyətli insanları hədəf alır.

Kittner deyir ki, APT-39 vizalar, pasport məlumatlarından istifadə etməklə istədiklərinə nail ola bilir.

Bu qrupun hədəf aldığı şirkətlər Səudiyyə Ərəbistanl, İraq, Misir, Türkiyə və Ərəb Əmirlikləri kimi Yaxın Şərq ölkələrində yerləşir.

Lakin Norveç, Cənubi Koreya, Avstraliya və hətta ABŞ şirkətlərinin də bu qrupun təsirinə məruz qaldığı ehtimal edilir.

Ekspertlərin fikrincə, APT-39 və İranın Çafer adı ilə tanınan digər bir kibernetika casusu kiber məkanda aktiv rol oynayaraq, iqtisadi və siyasi baxımdan mənfəət əldə etmək üçün casusluq doktrinasından əlavə yolların tapılmasında istifadə edəcək.

XS
SM
MD
LG