Accessibility links

İranın bir əyalətində 270 məhbus edam cəzasına məhkum edilib


edam iran
edam iran
Hörmüzgan əyalətində 2010 və 2011-ci illərdə 42 nəfər edam edilib

İranın Hörmüzgan əyalətində 2010 və 2011-ci illərdə 42 nəfər edam edilib.
APA Agentliyi bildirir ki, onlardan 25 nəfəri narkotik maddələrin qaçaqmalçılığında, qalanları isə digər cinayətlər törətməkdə təqsirləndirilib. Ötən il 29 nəfər asılıb.

Hazırda ümumilikdə Hörmüzgan əyalətinin həbsxanalarında məhkəmənin barəsində ölüm hökmü çıxardığı 270 məhbus var.
Onların böyük əksəriyyəti narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirildiyi, qalanları isə qisas tələb edildiyi üçün edam cəzasına məhkum ediliblər.

Agentliyin digər məlumatında isə deyilir ki, İranın paytaxtı Tehran şəhərində iyunun 20-də 4 nəfər insanların gözü qarşısında edam edilib.
Cinsi zorakılıqda təqsirləndirilən məhbuslar Tehranın şərqində səhər saatlarında asılıb. Onlardan biri Tehranın Azadlıq meydanı yaxınlığında bıçaqla bir tələbə qızı hədələyərək, ikinci məhbus bir qadının evinə daxil olaraq, üçüncüsü bir neçə qadına, dördüncü məhbus isə 17 yaşlı oğlana təcavüz etməkdə təqsirləndirilib. Edam cəzasının icrasını çox sayda şəhər sakini izləyib.
XS
SM
MD
LG