Accessibility links

İran prezidenti xarici işlər naziri Möttəkini vəzifəsindən azad edib


İran prezidenti xarici işlər naziri Möttəkini vəzifəsindən azad edib
İran prezidenti xarici işlər naziri Möttəkini vəzifəsindən azad edib

İran prezidenti Mahmud Əhmədinejad Xarici İşlər naziri Mənuçehr Möttəkini vəzifəsindən azad edib. Cənab Əhmədinejad İranın nüvə danışıqlarında baş vasitəçisi Əli Əkbər Salehini yeni xarici işlər naziri təyin edib. İran prezidenti xarici işlər naziri kimi xidmətlərinə görə Möttəkiyə təşəkkürünü bildirdiyi məktub göndərib. Seneqalda rəsmi dövlət səfərində olan Möttəki cənab ƏHmədinejadın 2005-ci ildə ilk dəfə prezident seçilməsindən sonra xarici işlər naziri təyin edilmişdi. Salehi İran prezidentinin yaxın müttəfiqi hesab edilir. O, İranın vitse-prezidentlərindən biridir. Hələlik cənab Əhmədinejadın Salehidən xarici işlər naziri və baş vasitəçi kimi hər iki funksiyanı yerinə yetirməsini gözləyib-gözləməyəcəyi aydın deyil.

XS
SM
MD
LG