Accessibility links

İran Vyana danışıqlarında irəliləyiş əldə edildiyini bildirib


İranın Xarici İşlər Nazirliyinin sözçüsü mayın 31-də İran və dünyanın 6 qüdrətinin 2015-ci il nüvə razılaşmasını canlandırmaq üçün aparılan danışıqlarda ciddi irəliləyiş əldə edildiyini, lakin bəzi vacib məsələlərin hələ də həll edilməsinin lazım olduğunu bildirib.

İran və dünya qüdrətləri Tehran və Vaşinqtonun nüvə paktına tam əməl edilməsi və sanksiya və nüvə fəaliyyətləri ilə bağlı danışıqlara başlanması üçün aprel ayından bəri Vyanada müzakirələr aparır.

"Vyanadakı danışıqların hər raundu son raund ola bilərdi. Lakin biz tələsməməliyik. Əhəmiyyətli irəliləyişə nail olduq, lalin əsas məsələlər qalır" - deyə, Səid Xatibzadə televiziya ilə nümayış etdirilən həftəlik mətbuat konfransında bildirib.

O, "Vyana danışıqları dalana dirənməyib" - deyə, əlavə edib.

ABŞ-ın keçmiş prezidenti Donald Trampın üç il əvvəl razılaşmadan çıxmasından və İrana qarşı sanksiyaları bərpa etməsindən sonra Tehran uran ehtiyatlarının zənginləşdirməsinin səviyyəsini yenidən artırmağa və istehsalı sürətləndirmək üçün sentrafuqaların inkişafına başlayıb.

Prezident Co Bayden Vaşinqtonun bu müqaviləyə Tehranın nüvə bombalarına potensial yol açan uran zənginləşdirilməsi ilə bağlı sərt məhdudiyyətlərə yenidən qayıtdığı halda qayıdacağını deyib.

"Bütün sanksiyalar qaldırılmalı və bu, İran tərəfindən təsdiqlənməlidir. Biz də onda nüvə addımlarımızı qayıdarıq" - deyə, Xətibzadə bildirib.

Müzakirələrdə iştirak edən Qərb rəsmilərinin məlumatlandırdığı bir diplomat "Tehran və Vaşinqtonun razılıqda aydınlaşdırılan irəliləyiş öhdəliklərinin bu həftə Vyanada elan ediləcəyini "deyib.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG