Accessibility links

Braziliya İranın dinc məqsədlər üçün nüvə proqramını dəstəkləyir


Braziliya İranın dinc məqsədlər üçün nüvə proqramını dəstəkləyir
Braziliya İranın dinc məqsədlər üçün nüvə proqramını dəstəkləyir

Braziliyanın xarici işlər naziri İran rəsmilərilə ikitərəfli münasibətlər və İranın nüvə proqramı da daxil olmaqla beynəlxalq məsələləri müzakirə etmək üçün Tehrandadır.

Braziliyanın xarici işlər naziri İran rəsmilərilə ikitərəfli münasibətlər və İranın nüvə proqramı da daxil olmaqla beynəlxalq məsələləri müzakirə etmək üçün Tehrandadır.

Xarici işlər naziri Çelso Amotim deyib ki, Braziliya İran xalqının dinc nüvə fəaliyyətlərinin genişləndirilməsinə dəstək verir. O bu açıqlamanı İranın nüvə danışıqlarında vasitəçisi Səid Cəlili ilə müzakirələr zamanı verib.

Birləşmiş Ştatlar Braziliya və BMT Təhlükəsizlik Şurasının digər üzvlərinin İrana qarşı yeni sanksiyalar paketini qəbul etməsi üçün diplomatik səylərə rəhbərlik edir.

Braziliya yeni sanksiyalara dair qətnaməyə necə səs verəcəyi haqda bir söz deməyib.

İran BMT sanksiyalarının dördüncü raundunun tətbiq edilməsinin qarşısını almaq üçün öz diplomatik kampaniyasnın bir hissəsi kimi Braziliya ilə yaxın əlaqələr yaratmağa çalışır.

XS
SM
MD
LG