Braziliyanın xarici işlər naziri bildirir ki, İran və beynəlxalq ictimaiyyət nüvə yanacağına dair razılıqla bağlı güzəştli mövqe nümayiş etdirməlidir.
Çelso Amorim bu gün Tehranda müxbirlərə deyib ki, İran nüvə proqramının hərbi məqsədlərə xidmət etmədiyinə dair qarantiyalar verməlidir.Braziliya rəsmisi deyib ki, o, keçən il BMT-nin nüvə yanacağına dair təklifinin yenidən gündəmə gətirilməli olduğunu düşünür.
Bundan öncə İranın xəbər agentlikləri Amorimin parlamentin spikeri Əli Laricaniyə İrana qarşı yeni sanksiyaların mənfi təsirə malik və ədalətsiz olacağını dediyi haqda məlumat veriblər.