İranın Atom enerjisi agentliyinin rəhbəri Əli Əkbər Salehi deyib ki, Buşehr nüvə elektrik stansiyası sentyabr ayında fəaliyyət göstərməyə başlayacaq.
Əli Əkbər Salehi BMT-nin İrana qarşı son qətnamələrini rədd edərək, sanksiyaların ölkənin nüvə sahəsində inkişaflarına təsir göstərməyəcəyini deyib.
Rusiya İranın liman şəhəri olan Buşehrdə nüvə elektrik stansiyasının inşasında İrana kömək edir.
İnşası 1994-cü ildə başlamış stansiyanın 1999-cu ildə ilə düşəcəyi planlaşdırılmışdı. Lakin işlər bir neçə dəfə dayandırılmışdı. Rusiya əvvəlki ləngimələrin İranın nüvə proqramı ilə bağlı narahatlıqlarla əlaqədar olduğunu inkar edir.