Accessibility links

İran seçkilərin nüvə məsələsində ölkənin mövqeyinə təsiri olmayacağını bildirir




İranın nüvə danışıqlarında vasitəçisi Abbas Araxçı bildirib ki, ölkədə qarşıdan gələn seçkilər İranın dünya qüdrətləri ilə nüvə danışıqlarında mövqeyinə təsir göstərməyəcək.

Rəsmi İRNA xəbər agentliyinin bazar günü verdiyi məlumata əsasən, Abbas Araxçı deyib ki, ölkənin daxili siyasəti ilə əlaqədar məsələlər nüvə danışıqlarının tonuna təsir etməyəcək.

Xarici işlər nazirinin müavini olan Araxçı eyni zamanda, İranın gələcək danışıqlara hazır olduğunu bildirib.

İran rəsmisinin bu açıqlaması rəsmi Tehranın BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, habelə Almaniyaya aprel ayında müzakirələrin sonuncu raundunda inkişaf əldə edilmədikdən sonra danışıqlara qayıtmaq haqda mesajı kimi qəbul edilir.

Danışıqların növbəti raundu haqda hələlik heç bir məlumat yoxdur.

Qərb İranın nüvə silahı istehsal etməyə çalışmasından şübhələnərək, Tehranın nüvə proqramının qarşısını almağa çalışır. İran nüvə proqramının dinc məqsəd daşıdığına israr edir.
XS
SM
MD
LG