Accessibility links

BMT nümayəndəsi İranda səfərdədir


BMT-nin nüvə proqramı üzrə rəhbəri Tehranda İran rəsmiləri ilə görüşərək uzun vaxtdır dalana dirənmiş nüvə proqramı ətrafında yaranmış suallara cavab tapmağa çalışır.

Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Yukiya Amano İranın Ali Milli Təhlükəsizlik Şurası ilə görüş keçirib.

Agentlik bildirib ki, rəsmilər proqram ətrafında yaranmış məsələləri daha tez həll etməyin yollarını müzakirə ediblər.

İran nüvə silahları inkişaf etdiyi ilə bağlı iddiaları rədd edərək bildirib ki, iddialar Birləşmiş Ştatlar və İsrailin kəşfiyyatının yanlış məlumatına əsaslanır.

Təştiş və İrana qarşı sanksiyaların ləğvi yolları ABŞ, Britaniya, Çin, Fransa, Rusiya və Almaniya nümayəndələrinin iştirak etdiyi müzakirələrin əsas məqamlarıdır.

XS
SM
MD
LG