Accessibility links

İranın nüvə proqramına dair danışıqların növbəti raundu Cenevrədə təşkil ediləcək


Müzakirələr noyabrın 7-i və 8-i keçiriləcək

İran və altı ölkə diplomatlarının əhəmiyyətli və perspektivli adlandırılan danışıqlarının növbəti raundu Cenevrədə noyabr ayının 7 və 8-də təşkil ediləcək.

Cenevrədə keçirilən iki günlük danışıqlar dünən başa şatıb. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif danışıqları nailiyyətli adlandıraraq, münasibətlərin yeni mərhələyə daxil olacağına ümid bəslədiyini dilə gətirib.

İranın xarici işlər naziri beynəlxalq ictimayyətə İranın nüvə proqramının dinc mahiyyət daşıdığını sübut etmək üçün hazırlanmış yeni planın texniki aspektlərini açıqlayıb.

Ağ Evin sözçüsü Cey Karni Cenevrə danışıqlarının İranın ciddiliyinin səviyyəsini nümayiş etdirdiyini bildirib. Lakin o, ABŞ-ın nüvə müzakirələrindən daha böyük nailiyyətlər gözlədiyini deyib.

Birləşmiş Ştatlar, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya İrannın nüvə silahı istehsal etmədiyini sübuta yetirməsini istəyir. Tehran isə uran zənginləşdirdiyinə görə İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalardan yaxa qurtarmağa çalışır.
XS
SM
MD
LG