Accessibility links

İranda Pokemon Go qadağan edilib


İranda popular mobil applikasiyası Pokemon Go qadağan edilib. İndoneziya kimi bəzi ölkələrdə isə bu oyuna qismən qadağa tətbiq edilib.

Pokemon Go reallıq texnologiyasından istifadə edir. Oyunçular əsl xəritədən istifadə etməklə, qulyabanıları ələ keçirir və onlara təlim verməklə digərləri ilə müharibəyə hazırlayır.

İranın İnternetin Monitoring Komitəsinin baş katibi Əbdülsəməd Xoramabadi bildirib ki, Pokemon Go komitə üzvlərinin yekdil səsi ilə qadağan edilib. O, qərarın milli təhlükəsizlik və vətəndaşların müdafiəsi üçün verildiyini deyib.

Pokemon Go daha əvvəl İranın kompüter oyunları üzrə milli institutu tərəfindən icazə verilmişdi.

İnternet məhdudiyyətlərinə baxmayaraq bu oyun İranda son aylar geniş populyarlıq əldə edib.

XS
SM
MD
LG