Accessibility links

İran prezidenti Rusiyada keçiriləcək BRİKS sammitində iştirak edəcək


İran prezidenti Məsud Pezeşkian
İran prezidenti Məsud Pezeşkian

Dövlət mediasının bazar günü Tehranın Moskvadakı səfirinə istinadən bildirdiyinə görə, İran prezidenti Məsud Pezeşkian Rusiyada keçiriləcək BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, İran, Misir, Efiopiya və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu hökumətlərarası təşkilat) sammitində iştirak edəcək. Bu, iki ölkə arasında hərbi əməkdaşlıqla bağlı Qərblə yaşanan gərginlik fonunda baş verir.

ABŞ dövlət katibi Antoni Blinken çərşənbə axşamı bildirib ki, Rusiya İrandan ballistik raketlər alıb və çox guman ki, onlardan bir neçə həftə ərzində Ukraynada istifadə edəcək. Onun sözlərinə görə, Moskva və Tehran arasındakı əməkdaşlıq daha geniş Avropa təhlükəsizliyini təhdid edir.

ABŞ, Almaniya, Böyük Britaniya və Fransa çərşənbə axşamı İrana qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalara İranın milli hava yolu şirkəti "Iran Air"ə qarşı tədbirlər də daxildir.

İranın xarici işlər naziri Abbas Əraqçı çərşənbə günü Tehranın Rusiyaya heç bir ballistik raket göndərmədiyini, ABŞ və Avropanın üç ölkəsinin İrana qarşı tətbiq etdiyi sanksiyaların həll yolu olmadığını deyib.

İranın Rusiyadakı səfiri Kazem Cəlali bazar günü Pezeşkianın BRİKS qrupunun oktyabrın 22-24-ü Rusiyanın Kazan şəhərində keçirilməsi planlaşdırılan sammitində iştirak edəcəyini təsdiqləyib.

Cəlali Pezeşkianın orada rusiyalı həmkarı Vladimir Putinlə görüşəcəyini bildirib.

İran və Rusiya genişsahəli ikitərəfli əməkdaşlıq sazişi imzalamağa hazırlaşır.

Forum

XS
SM
MD
LG