Accessibility links

İranın Ədliyyə nazirliyi müxalifət liderlərinin öz tərəfdarlarına müraciət etməsinə imkan verməyəcək


İranın Ədliyyə nazirliyinin rəhbəri Ayətullah Sadiq Laricani
İranın Ədliyyə nazirliyinin rəhbəri Ayətullah Sadiq Laricani

İranın ədliyyə nazirliyi bildirib ki, hökumət müxalifət liderlərinin bazar günü ölkə boyu nümayişlərə çağıran tərəfdarlarına bəyanatla müraciəti etməsinin qarşısını alacaq. Nazirliyin rəhbəri Ayətullah Sadiq Laricani bu açıqlamanı Tehranda hökumət tərəfdarlarının planlaşdırılan nümayişindən bir gün öncə verib. Ayətullah Laricani müxalifət liderləri Mir Hüseyn Musəvi və Mehdi Kərrubiyə işarə edərək deyib ki, hökumət üsyana çağıranları cəzalandıracaq. Müxalifətə məxsus veb səhifələrdə Musəvi və Kərrubiyə dəstək vermək məqsədilə bazar günü ölkə boyu nümayişlərə çağırılır.

XS
SM
MD
LG