Accessibility links

İşgəncələrə məruz qalan etirazçı qadın 4 aydan sonra azad edilib


Gənc qadının baş örtüyünü düzgün örtmədiyi iddiası ilə polis nəzarətində ölümü ilə baş qaldıran etirazların "lideri" kimi tanınan və həbsdə olarkən işgəncələrə və təcavüzə məruz qaldığı iddia edilən iranlı etirazçı Armita Abbasi həbsdən azad edilib.

"Çox çətin vaxtlardan keçdik, amma indi çox xoşbəxtəm" Abbasinin atası sosial mediada yayımlanan və 20 yaşlı qızı ilə birlikdə çəkildiyi videoda deyib.

Armita Abbasinin vəkili Şəhla Oruci keçən həftə deyib ki, məhkəmə onun müvəkkilini "İslam Respublikasına qarşı təbliğatda" və "milli təhlükəsizliyə qarşı cinayət törətmək, toplaşmaq və sui-qəsddə" ittiham edib.

Abbasi oktyabrın 10-da İran paytaxtının qərbində, doğulduğu Kərəcdə Məhsa Əmininin polis nəzarətində olarkən öldürülməsindən sonra başlayan ümummilli etirazlardan təxminən bir ay sonra həbs edilib.

İran hökuməti onun "iğtişaşların lideri" olduğunu və polisin onun mənzilində "10 ədəd molotov kokteyli" aşkar etdiyini iddia edib.

Noyabr ayında ABŞ-da yerləşən CNN xəbərlər şəbəkəsi son etirazlar zamanı Abbasi də olmaqla, məhbuslardan bəzilərinin İranın müxtəlif yerlərindəki həbsxanalarda saxlanarkən onlara qarşı cinsi təcavüz və zorlanması ilə bağlı araşdırma dərc edib.

Mənbənin CNN-ə verdiyi məlumata görə, Abbasi oktyabrın 17-də mülki geyimli zabitlərin müşayiəti "başı qırxılmış vəziyyətdə və titrəyərək" Kərəcdəki İmam Əli adına xəstəxanaya aparılıb.

Məlumata görə, yanvarın əvvəlində Tehran yaxınlığındakı Kaçoi həbsxanasında olan Abbasi və digər 14 iranlı qadın həbsdəki şəraitə və tibbi yardım göstərilməməsinə etiraz olaraq, aclıq aksiyası keçirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG