Accessibility links

İran fəzaya satellit daşıyan raket göndərdiyini bəyan edib.

Dövlət televiziyasının məlumatında Simurq raketinin Yer kürəsinin 500 kilomertliyinədək 250 kiloqram satellit daşımaq qabiliyyətinə malik olduğu bildirilib, lakin raketin yükü barədə məlumat verilməyib.

İmam Xomeyni Fəza Mərkəzinin rəsmi açılışı raketin göndərilməsi ilə baş tutub.

Daha əvvəl Amerika ballistik raket proqramına görə İrana iqtisadi sanksiyaları ağırlaşdırmışdı.

Raketin fəzaya göndərilməsi 2015-ci il nüvə razılığının şərtlərinə zidd olmasa da, Amerika İranın raket texnologiyasının inkişafının uzunmənzilli raket istehsalına yol açacağından narahatdır.

İyulun 25-də ABŞ prezidenti Donald Tramp İrana xəbərdarlıq edərək deyib ki, Tehran dünya gücləriylə nüvə sazişinə əməl etməlidir, yoxsa «böyük, böyük problemlər»lə üzləşəcək.

Son günlər Vaşinqtonla Tehran bir-birinə yüksək səviyyədə xəbərdarlıq edir. ABŞ donanması iyulun 25-də bildirib ki, Fars Körfəzində İran gəmisinə xəbərdarlıq atəşləri açıb.

Tramp İranın 2015-ci ildə imzalanmış nüvə razılaşmasına əməl etməsinə şəhadət vermişdi. Həmin razılaşma Tehranın nüvə fəaliyyətini məhdudlaşdırması əvəzində beynəlxalq sanksiyaların qaldırılmasını nəzərdə tuturdu.

XS
SM
MD
LG