Accessibility links

İranla sazişin əldə olunması real görünmür


İranın nüvə proqramına dair hərtərəfli sazişin imzalanması üçün müəyyən edilən son müddət sabah başa çatsa da, sazişin əldə olunması real görünmür.

İran Tələbələri Xəbər Agentliyi İranın bu Vyannada danışıqlarda iştirak edən nümayəndə heyətinin adını açıqlamayan üzvünə istinadən bildirib ki, müddətin başa çatmasına qısa zaman qaldığından və həll olunması bir çox məsələ qaldığından yeni paktın əldə olunması mümkün deyil.

Dünən ABŞ dövlət katibi Con Kerri danışıqlarda ciddi boşluqların mövcud olduğunu bildirmişdi.

Almaniya xarici işlər naziri Frank-Volter Steynmayerin sözlərinə görə, başlıca sual ondan ibarətdir ki, İran həqiqətən də nüvə silahı istehsal etmək səylərinə son qoymaq istəyirmi.

Kerri danışıqlarda fikir ayrılıqlarını azaltmaq üçün bir neçə dəfə İranın xarici işlər naziri Cavad Zəriflə təmasa keçib.

Ancaq ABŞ dövlət katibi bu yaxınlarda bildirmişdi ki, Birləşmiş Ştatlar və onun P5 Plyus müttədiqləri – Britaniya, Çin, Almaniya Fransa və Rusiya müəyyən olunmuş son müddəti uzatmaq fikrində deyil.

XS
SM
MD
LG