Accessibility links

İran və Çin imza atmış ölkələri nüvə sazişinə sadiq qalmağa çağırır


İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Çinin xarici işlər naziri Vang Yi Pekində birgə mətbuat konfransına gələn zaman

İran və Çinin xarici işlər nazirləri İranla nüvə sazişinə imza atmış ölkələtibu ölkələrin daxilində vəziyyətdə asılı olmayaraq, müqaviləyə sadiq qalmağa çağırır.

Bu açıqlamalarda belə görünür seçki kampaniyası zamanı nüvə razılığının şərtlərini yenidən müzakirə edəcəyini deyən ABŞ prezidenti seçilmiş Donald Trampa nəzərdə tutulur. Tramp kampaniya dövrü İranla razılaşmanı "indiyə qədər gördüyü ən pis razılıq" adlandırmışdı.

Razılığın əldə edilməsində iştirak etmiş digər ölkələrin heç biri onun yenidən nəzərdən keçirilməsinə maraq göstərməyib.

Buşehr nevə elektrik stansiyası
Buşehr nevə elektrik stansiyası

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bazar ertəsi günü Pekində deyib ki, razılığı müzakirə etmiş ölkələr "ona tam əməl etmək kimi bir məsuliyyətə malikdir". "İran heç bir ölkənin təktərəfli şəkildə razılığı pozmasına imkan verməyəcək və İranın buna qarşı ölçülər götürmək hüququ var"-deyə Zərif bildirib.

Çinin xarici işlər naziri Vanq Yi deyib ki, "razılığa tam və bütünlüklə əmək edilməlidir və bu, razılığı əldə edən bütün tərəflərin ümumi vəzifəsidir".
İranın nüvə proqramı ilə bağlı müzakirələr Tehranın nüvə silahı proqramı inkişaf etdirməsilə bağlı narahatlıqlarla əlaqədar aparılırdı. İran hökuməti bu iddiaları dəfələrlə rədd etmişdi.

ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə nüvə danışıqları zamanı
ABŞ Dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə nüvə danışıqları zamanı

Razılıq İran, Çin, Britaniya, Fransa, Almaniya və Birləşmiş Ştatlarlar arasında aparılan intensiv müzakirələrdən sonra əldə edilib. Razılığa əsasən, İranın nüvə proqramını məhdudlaşdırdığı halda beynəlxalq sanksiyalar aradan qaldırılmasını nəzərdə tutur.

Dünya ölkələrinin İrana qarşı sanksiyaları aradan qaldırılması ilə ölkəyə milyardlarla dollar axınına və biznes imkanlarının genişləndirilməsinə yol açılıb.

XS
SM
MD
LG