Accessibility links

Ağ Ev Moskvanın Tehrana təcrübələri barədə məsləhət verə biləcəyindən narahatdır


Ağ Ev Moskvanın Tehrana təcrübələri barədə məsləhət verə biləcəyindən narahatdır
please wait

No media source currently available

0:00 0:02:48 0:00

Ağ Ev Moskvanın Tehrana təcrübələri barədə məsləhət verə biləcəyindən narahatdır

Ağ Ev deyib ki, Bayden administrasiyası İran xalqını, onların dinc etiraz etmək hüququnu dəstəkləyir və iranlı etirazçıları sıxışdırmaqda İranla Rusiya arasında əməkdaşlıq ola bilər.

Çərşənbə günü baş örtüyünü düzgün örtmədiyi iddiası ilə Tehranın "əxlaq polisi" tərəfindən saxlanıldıqdan sonra xəstəxanada həyatını itirən iranlı qadın, 22 yaşlı Məhsa Əmininin ölümündən 40 gün keçdi.

Əmini ölümü ilə bütün İran boyu hökumət əleyhinə etirazların simvoluna çevrildi. Onun dəfn olunduğu İranın Saqqız şəhərinin qəbiristanlıqdan tutmuş Almaniyanın Berlin şəhərinə qədər, bütün dünyada həmrəylik etirazları keçirildi.

Ağ Evin mətbuat katibi Karin Jan Pyerin bildirdiyinə görə, Rusiya İrana etirazları yatırmağa yardım edə bilər. "Biz Rusiyanın açıq nümayişlərin yatırılmasındakı geniş təcrübəsindən istifadə edərək, Moskvanın Tehrana təcrübələri barədə məsləhət verə biləcəyindən narahatıq".

Bir ekspert Amerikanın Səsinə bildirib ki, Rusiyanın altı həftədir davam edən etirazları cilovlamaq üçün İranla təcrübəsi ilə bölüşməsi inandırıcıdır. Alrks Vatanka̵: "İran rejimi onilliklərdir ki, sıxışdırmaq və yatırmaq sənətinə yiyələnib. Onların şübhəsiz ki, "Rusiyanın köməyinə ehtiyacı yoxdur" demək asandır və mən hesab edirəm ki, bu arqumentlər üçün çoxlu əsaslar var. Amma başqa şeylər də var, bəlkə də, ruslar İran rejiminə kömək edə bilər, əsasən də İran ictimaiyyətinin internet və digər kommunikasiya vasitələrinə çıxışını sabotaj etmək baxımından".

Vatanka bildirib ki, Rusiya prezidenti Vladimir Putinin İranın yüksək səviyyəli liderləri ilə uzun tarixçəsi var. "Baxın, Vladimir Putin İranın ali dini lideri Əli Xameneyini 22 ilə yaxındır tanıyır. İş əlaqələri var. Xameneyinin ona başqa heç bir xarici liderə güvənmədiyi bir güvəni var. Xameneyi hesab edir ki, Rusiya bu rejimi dəstəkləyərsə, İslam Respublikasının ayaqda qalma ehtimalı daha çox olar, nəinki neytral qalsa".

ABŞ, Britaniya, Avropa İttifaqı və İsrail Rusiyanın Ukraynada mülki əhali və mühüm infrastruktur obyektlərinə hücum etmək üçün İranın Şahed-136, "kamikadze" kimi tanınan dronlarından istifadə etdiyini iddia edir. Moskva isə İran dronlarından Ukraynada istifadə olunduğunu inkar edir.

XS
SM
MD
LG