Accessibility links

ABŞ dövlət katibi Səudiyyə Ərəbistanına səfər edir


Birləşmiş Ştatların dövlət katibi Mayk Pompeo ABŞ-ın İrandan qaynaqlandığını güman etdiyi Səudiyyə Ərəbistanının neft obyektlərinə hücumuna necə reaksiya veriləcəyini müzakirə etmək üçün çərşənbə günü Ciddə şəhərinə gedir.

İranın dövlət İRNA xəbər agentliyi çərşənbə günü İranın Birləşmiş Ştatların ittihamlarını rədd edən diplomatık nota göndərdiyi və ona qarşı hər hansı addıma dərhal cavab verəcəyi barədə xəbərdarlıq etdiyini bildirib.

Şənbə günü Səudiyyə Ərəbistanı neftinin yarıdan çoxunu emal edən zavoda hücümün məsuliyyətini Yəməndə İran tərəfindən dəstəklənən husi üsyançıları üzərinə götürüb. Lakin ABŞ rəsmiləri mövcud sübutların bunun mümkün olmadığını göstərdiyini deyib.

"Bizim qənaətimiz ondan ibarətdir ki, hücum nə Yəməndən, nə də İraqdan edilib" - deyə, Birləşmiş Ştatlar Müdafiə Nazirliyinin rəsmisi çərşənbə axşamı Amerikanın Səsinə bildirib və əlavə edib ki, ABŞ ekspertləri Səudiyyə Ərəbistanı ilə birlikdə raketlərin qalıqlarını araşdırır.

İran prezidenti Həsən Ruhani çərşənbə günü deyib ki, yəmənlilər Səudiyyə Ərəbistanına hücumu husilərlə mübarizə aparan koalisiyaya rəhbərlik etdiyinə görə "xəbərdarlıq" məqsədilə həyata keçirib.

İnsan haqları qrupları Səudiyyə Ərəbistanını mülki əraziləri viran qoyduğuna və dünyanın ən ağır humanitar böhranına səbəb olduğu hava hücumlarına görə Səudiyyə Ərəbistanını tənqid edir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG