Accessibility links

İran Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliklərini yenidən açacaq


İranın Ər-Riyaddakı səfirliyi
İranın Ər-Riyaddakı səfirliyi

İranın Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanındakı diplomatik nümayəndəliklərini bu həftə yenidən açacağını və yeddi illik fasilədən sonra diplomatik əlaqələri bərpa edəcəyini bildirib.

Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin dediyinə görə, İranın Ər-Riyaddakı səfirliyi, onun Ciddədəki baş konsulluğu və İslam Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəlik ofisi rəsmi olaraq çərşənbə axşamı və çərşənbə günləri açılacaq.

Mart ayında İran və Səudiyyə Ərəbistan, Çinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya əsasən bölgədə böyük irəliləyiş olan diplomatik əlaqələr qurmaq barədə razılığa gəliblər.

Səudiyyə Ərəbistanı İranla əlaqələri 2016-cı ildə neftlə zəngin Krallıqda tanınmış şiə din xadiminin və daha 46 nəfərin edam edilməsinin səbəb olduğu nümayişlər zamanı nümayişçilərin Səudiyyə Ərəbistanının Tehran və şimal-şərqdəki Məşhəddəki diplomatik nümayəndəliklərini zəbt etməsindən sonra kəsib.

Kənani əlavə edib ki, İranın Ər-Riyaddakı səfirliyi və onun Ciddədəki baş konsulluğu Həcc və ya İslami ziyarəti yerinə yetirmək üçün Səudiyyə Ərəbistanına gedən iranlı zəvvarlara yardım etmək üçün artıq fəaliyyətə başlayıb.

XS
SM
MD
LG