Dövlət mediasının bazar günü bildirdiyinə görə, Məhsa Əmininin ölümündən 100 gündən çox keçdiyi bir vaxt Semirom şəhərində keçirilən nümayişlər zamanı İranın təhlükəsizlik qüvvələrinin bir üzvü güllələnərək öldürülüb.
İranda ümummilli iğtişaşlar üç ay əvvəl, İslam Respublikasının məcburi geyim qaydası qanunlarını həyata keçirən əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı kürd qadın Məhsa Əmininin həbsdə öldürülməsindən sonra başlayıb.
"Bəsicin bir üzvü Semirom şəhərində silahlı cinayətkarlar tərəfindən öldürülüb" deyə, rəsmi İRNA xəbər agentliyi İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli hərbiləşdirilmiş qüvvələrə istinadən bildirib.
İRNA-nın bildirdiyinə görə, etirazçılar şənbə günü axşam saatlarında paytaxt Tehrandan təxminən 470 kilometr cənubda, mərkəzi İsfahan vlayətinin Semirom şəhərində toplaşıb. Etirazçılar şəhərdəki vilayət administrasiyasının binası və digər yerlərdə aksiya keçirib.
Etirazlar 1979-cu il inqilabından sonra İran rəhbərliyinə qarşı ən cəsarətli çağırışlardan birini olub və nümayişlərdə ölkənin bütün təbəqələrindən olan insanlar iştirak edib.
Ölkə mətbuatı xəbər verir ki, İran polisi Yeni İl ərəfəsində İslam qanunlarına zidd olaraq spirtli içkilərin verildiyi şənlikdə keçirilən reyd zamanı bir neçə futbolçunu qısa müddətə saxlayıb.
İran İslam qanunlarına görə, nikahdan kənar cinsi əlaqə və spirtli içki qadağandır.
Yarı-rəsmi Tansim xəbər agentliyi Tehranın adı açıqlanmayan məşhur futbol klubunun bir neçə hazırkı oyunçusunun və keçmiş üzvlərinin paytaxtda keçirilən əyləncə gecəsində saxlanıldığını bildirib.
Tasnim əlavə məlumat vermədən yalnız "Bəzi oyunçular spirtli içki qəbul etdikləri üçün normal vəziyyətdə deyildi" - deyə, bildirib.
YJC xəbər agentliyi onların ad günü şənliyində toplandığını bildirib və əlavə edib ki, futbolçu olmayan bir nəfər istisna olmaqla, saxlanılanların hamısı sərbəst buraxılıb.
Fars xəbər agentliyi prokurora istinadən saxlanılanlara qarşı iş açıldığını və təfərrüatların daha sonra açıqlanacağını bildirib.
HRANA hüquq müdafiə təşkilatı iğtişaşlar zamanı təxminən 18500 nəfərin həbs edildiyini bildirib. Hökumət rəsmiləri onların əksəriyyətinin azad edildiyini deyib.
HRANA həmçinin bildirib ki, dekabrın 25-nə olan məlumata görə, 69-u azyaşlı olmqla, 507 etirazçı və 66 təhlükəsizlik qüvvələri əməkdaşı öldürülüb.