Accessibility links

İranın nüvə müzakirəçisi casusluq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib


İranın nüvə müzakirəçisi casusluq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Yarı-rəsmi xəbər agentliyi Təsnim onun adını açıqlamasa da, həmin şəxsin Əbdulrəsul Dorri İsfahani olduğu güman edilir.

Kanada vətəndaşı olan İsfahaninin mühakiməsi təsdiq edilsə, o, İranda ikili vətəndaşlıqla həbsə salınan ikinci şəxs olacaq.

Təsnim ali ruhani lider Ayətulla Əli Xameneyiyə tabe olan İnqilab Qvardiyasına yaxın agentlikdir.

Qvardiya ikili vətəndaşlıq və Qərblə əlaqəyə dair hər bir işə müdaxilə edir.

Məlumatda deyilir ki, nüvə müzakirəçisi əvvəlcə həbs edilmiş, daha sonra pul müqabilində zəmanətə buraxılmışdı. Hazırda o, 5 il müddətinə həbs cəzası alıb.

İsfahaninin ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb. Nə Kanada rəsmiləri, nə də İranın BMT-dəki missiyası şərh müraciətinə cavab verib.

XS
SM
MD
LG