Accessibility links

İran: İsrailin Suriyaya raket hücumları “qondarma bəhanələrə” əsaslanır


İran bildirib ki, İsrailin Suriyaya raket hücumları “qondarma bəhanələrə” əsaslanır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Bahram Qasemi IRNA dövlət xəbər agentliyini bildirdiyinə görə, hücum Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozur. O deyib ki, Suriya hökumətinin özünü təcavüzkarlardan müdafiə etmək hüququ var.

İsrail hərbi qüvvələri cümə günü Suriyada İranın hərbi obyektlərinə İsrail hərbi hava qüvvələri tərəfindən zərbələr endirildiyini nümayiş etdirən görüntüləri açıqlayıb.

İsrailin nəzarətində olan Qolan yüksəklikləri
İsrailin nəzarətində olan Qolan yüksəklikləri

İsrailin müdafiə naziri prezident Bəşər Əsədi İran hərbi qüvvələrini ölkədən çıxarmağa çağırıb və xəbərdarlıq edib ki, onların mövcudluğu Suriya üçün təhlükə yaradır.

“Mən bu imkandan istifadə edərək, Əsədə iranlıları, Qasem Süleymanini və Qüds qüvvələrini ölkədən çıxarmaq mesajı göndərirəm. Onlar sənə kömək etmir. Onlar yalnız sənə zərər vurur və onların orada mövcudluğu yalnız problemlər və ziyan gətirir. İranlılardan azad ol və ola bilsin ki, bundan sonra fərqli həyat mümkün olsun” deyə İsrailin müdafiə naziri Aviqdor Liberman bildirib.

İsrailin nəzarətində olan Qolan yüksəkliklərini gəzən Liberman "münaqişə axtarışında olmadıqlarını" deyib.

“Biz İran sərhədinə gəlməmişik, onlar bizim sərhədə gəlib”, deyə o bildirib.

İsrail düşmən İranın ölkənin sərhədlərində hərbi mövcudluğuna imkan verilməyəcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG