Accessibility links

Tehranda Bitərəf Hərəkat Təşkilatının konfransı işinə başlayıb


Bu gün Tehranda keçirilən Bitərəf Hərəkat Təşkilatının toplantısına dünyanın 120 ölkəsinin dövlət başçısı və nümayəndə heyətləri qatılıb.

Açılış mərasimində İranın xarici işlər naziri Əli Əkbər Salehi dünya liderlərini Qərbin Tehranın nüvə fəaliyyətlərinə görə ölkəsinə qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar əleyhinə birləşməyə çağırıb.

Salehi nümayəndə heyətlərini əsasən dövlətlərin sponsorluğu ilə həyata keçirilən terrorizmə qarşı mübarizəyə səsləyib. O, Amerika, Britaniya və İsraili 2010-cu ildə İran alimlərinin öldürülməsində günahlandırıb.

İranın Suriyanı dəstəkləməsinə görə 5 günlük konfransda Suriya böhranı da gündəmə gətiriləcək.

Həmas qrupunun liderinin tədbirə qatılacağına dair ziddiyyətli xəbərlər dolaşır. İran
Həmasın siyasi lideri İsmayıl Haniyenin konfransa dəvət edilmədiyini bildirsə də, Həmas onun tədbirdə iştirak edəcəyini deyir.

Fələstin prezidenti Mahmud Abbas Həmasın iştirak etdiyi konfransa qatılmayacağını bildirib.

Bitərəf Hərəkat Təşkilatı Soyuq müharibə dövründə yaradılan qurumdur. Quruma üzv ölkələr nə ABŞ, nə də Sovet İttifaqı ilə müttəfiqlik edə bilərdi. Lakin 1991-ci ildə Sovet İttfaqının dağılmasından sonra təşkilatın rolu əhəmiyyətini itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG