İranda 2009-cu ilin iyun ayının 12-də prezident Mahmud Əhmədinejadın ikinci müddətə prezident seçilməsi ilə nəticələnimiş seçkinin ildönümü yaxınlaşır. Seçki səsvermənin pozuntularla keçdiyinə dair dəlillər və insan ölümülə nəticələnmiş nümayişlərlə müşaiyət olmuşdur. Müxalifət fəalları iğtişaşlar zamanı 72 nəfərin öldüyünü bildirirlər. Hökumət bunun sayını iki dəfə az göstərərək, buraya təhlükəsizlik qüvvələrinin üzvlərini də daxil edir.
Keçən ilin dekabr ayında İran rəsmiləri həbsxana rəsmilərinin seçkidən sonrakı nümayişlər zamanı həbs edilmiş azı üç nəfəri ölənəcən döydüyünü ilk dəfə olaraq etiraf etmişdir.
Bu ilin yanvar ayında Human Rights Watch açıqladığı hesabatda bildirdi ki, Iran təhlükəsizlik qüvvələri tənqidçilər və dissidentləri qorxutmaq məqsədilə minlərlə dinc nümayişçini özbaşına həbs etmişdir.
Mart ayında İran seçkidən sonrakı nümayişlərlə əlaqədar olaraq 80-dən çox insanı həbs cəzasına məhkum etdi. Iran mətbuatının verdiyi məlumata görə azı 11 nəfər haqda ölüm hökmü çıxarılmışdır.
İranda son il ərzində baş verən əsas hadisələr bunlardır:
13 iyun 2009-cu il: İran rəsmiləri ilkin nəticələrin cənab Əhmədinejadın səslərin 62 faizini əldə etdiyinn göstərdikdən sonra onu seçkinin qalibi elan edir. Səslərin 34 fazini almış onun əsas rəqibi Mir Hüseyn Musəvi nəticələri saxta adalandırır. Seçkinin nəticələrinə etiraz edən nümayişçilər və polis arasında toqquşma baş verir.
14 iyun 2009-cu il: Cənab Musəvi rəsmilərin seçkilərin nəticələrini ləğv etməsinə nail olmaq üçün ictimai dəstək axtarır. O, seçkinin nəticələri və onun tərəfdarlarına qarşı zorakılıqlara etiraz etmək üçün kütləvi nümayişlərə çağırır.
17 iyun 2009-cu il: Cənab Musəvinin on minlərlə tərəfdarı Tehranda etiraz nümayişi keçirir. Amnesti İnternational növbəti gün seçkidən sonra etiraz nümayişləri zamanı 15 nəfər öldürüldüyünü bildirir.
20 iyun 2009-cu il:On minlərlə nümayişçi Ali dini rəhbər Ayətulla Əli Xameneinin nümayişlərin qarşısını almaq haqda xəbərdarlığına itaətsizlik göstərərək polislə toqquşur. Human Rights Watch İran rəsmilərinin aparıcı siyasi və dini liderlər də daxil olmaqla, yüzlələr müxalifət və islahat fəalını həbs etdiyini bildirir. Nümayişlər zamanı Neda Ağa Soltanın güllə ilə vurulub öldürülməsi vdeioya çəkilir və nümayişçilərin simvoluna çevrilir.
23 iyun 2009-cu il:İranın Nəzarət Şurası seçkinin nəticələrinin ləğv edilməməsi haqda qərar çıxarır. ABŞ prezidenti Barak Obama İran hökumətinin müxalif nümayişçilərə qarşı ədalətsiz hərəkətlərini qınayır.
5 avqust 2009-cu il:Cənab Əhmədinejad ikinci dönəm hakimiyyətə başlamaq üçün prezident kimi and içir. Tehranda yüzlərlə müxalifət tərəfdarı nümayiş keçirir.
8 avqust 2009-cu il: Beynəlxalq ictimiayyət İranı seçkidən sonra etiraz nümayişləri zamanı iğtişaşlara təhrik etmək ittihamları ilə məhkəmə qarşısına çıxardığına görə qınayır. Saxlanılanlar arasında azad edilməzdən əvvəl casusluq ittihamı ilə 10 ay həbsdə qalan fransalı mütəxəssis alim Klotilda Reys da olub.
28 Oktyabr 2009-cu il: İranın Ali dini rəhbəri Ayətullah Əli Xamenei iyunun 12-i prezident seçkisinin nəticələrinin sual edilməsinin cinayət olduğunu deyi.
30 dekabr 2009-cu il: İranın təhlükəsizlik qüvvələri İslam Respublikasının yaradılmasının 31-ci ildüönümünün qeyd edildiyi hökumət əlehyinə nümayişləri dağıdır. Müxalifətin veb səhifəsində təhlükəsizlik qüvvələrinin müxalifət lideri Mir Hüseyn Musəvinin xanəmı Zəhra Rahnavərdə hücum etdiyi bildirilir. Veb səhifədə bildirilir ki, aparıcı islahatçı siyasətçi Mehdi Kərrubi və keçmiş prezident Məhəmməd Xatəmiyə hücum edilib.
3 iyun 2010-cu il: İran seçkidən sonra iğtişaşlarla əlaqədar məhkum edilmiş 81 nəfərin ya bağışlandığı, ya da həbs müddətinin azaldığını bildirir. Müxalifət qraupları iyunun 12-i seçkinin ildönümünün qeyd edilməsi məqsədilə nümayişlər keçirmək üçün icazə istəyir.