Accessibility links

İran televiziyası: İran Rusiyadan Su-35 döyüş təyyarələri alacaq


Suxoy Su-35S döyüş təyyarəsi. 27 avqust,2021.
Suxoy Su-35S döyüş təyyarəsi. 27 avqust,2021.

İranın dövlət mediası şənbə günü bildirib ki, İran Rusiyadan qabaqcıl Su-35 döyüş təyyarələri almaq barədə razılığa gəlib.

“Suxoy-35” qırıcı təyyarələri texniki cəhətdən İran üçün məqbuldur və İran onların alınması üçün müqaviləni yekunlaşdırıb,” IRIB yayım şirkəti İranın BMT-dəki missiyasının Nyu Yorkda dediyini bildirib.

Xəbərdə Rusiyanın təfərruatları açıqlanmayan sövdələşməni təsdiqlədiyinə dair məlumat yer almayıb. İRİB-in məlumatına görə, missiya bildirib ki, İran həmçinin bir neçə başqa, adı açıqlanmayan ölkələrdən, hərbi təyyarə almağı nəzərdən keçirib.

Rusiya Prezidenti Vladimir Putin ötən iyul ayında Tehranda İranın ali ruhani lideri Ayətullah Əli Xamenei ilə görüşüb və Qərbin Ukraynada müharibə səbəbilə artan təzyiqi fonunda iki ölkə arasında daha yaxın münasibətlərin vacibliyini vurğulayıb.

İran Rusiyaya dron göndərdiyini etiraf edib, amma onların Rusiyanın ötən il Ukraynaya hərbi müdaxiləsindən öncə göndərildiyini bildirib. Moskva qüvvələrinin Ukraynada İran stehsalı dronlardan istifadə etdiyini inkar edir, baxmayraq ki, onlardan çoxu orada vurulub.

İranın hava qüvvələrinin cəmi onlarla hücum təyyarəsi var ki, onlar arasında Rusiya təyyarələri və 1979-cu ildə İran inqilabından öncə alınan köhnə ABŞ modelləri var.

İran 2018-ci ildə hava qüvvələrində istifadə üçün yerli Kövsər döyüş təyyarələrinin istehsalına başladığını bildirib. Bəzi hərbi ekspertlər bu təyyarənin ilk dəfə 1960-cı illərdə ABŞ-da istehsal olunan F-5-in kopyası olduğuna inanır.

XS
SM
MD
LG