Accessibility links

Washington Post qəzetinin Tehran müxbiri həbs edilib


İran rəsmiləri Vaşinqton Post qəzetinin Tehran müxbirinin həbsi barədə xəbəri təsdiq edib. Vaşinqton Postun dünənki məlumatında Ceyson Rezaianın, onun həyat yoldaşının və digər iki Amerika jurnalistinin həbs edildiyi deyilib. Qəzet jurnalistlərin kimlər tərəfindən və hansı səbəbdən həbs edildiyi barədə məlumatın olmadığını, lakin dərin narahatlıq hissi keçirildiyini yazıb.

İranda jurnalistlərin həbsi ilə bağlı açıqlanan ilk məlumatda deyilib ki, Tehran Vilayət Ədliyyə Nazirliyinin direktoru jurnalist Rezaianın sorğu-sual edilmək üçün saxlandığını və həbsin səbəbinin yaxın zamanda açıqlanacağını deyib. Məlumatda həbs edilən digər jurnalistlər barədə heç nə deyilməyib.

Vaşiqnqton Post qəzetinin 38 yaşlı Tehran müxbiri Rezaian 2012-ci ildən bəri İranda işləyir. O həm ABŞ, həm də İran vətəndaşıdır.

Onun həyat yoldaşı Birləşmiş Ərəb Əmirlikləri qəzetinin müxbiri Yehanə Salehi ABŞ-da daimi yaşayış üçün müraciət edib.

XS
SM
MD
LG